Haqqımızda

DUFA MMC 2007-ci ildən etibarən tikinti və mühəndislik sahəsində peşəkar fəaliyyət göstərir. Bu müddət ərzində şirkətimiz 5 000-dən artıq layihəni uğurla icra etmişdir.

Peşəkar mühəndis və memar komandamız Azərbaycan, Türkiyə və Rusiya ərazilərində müxtəlif təyinatlı obyektlər üzrə geniş təcrübə qazanmışdır. Biz hər bir layihəyə fərdi yanaşaraq dəqiq, səmərəli və innovativ həllər təqdim etməyi əsas prioritetimiz hesab edirik.

DUFA MMC tikinti, mühəndislik, avtomatika, təhlükəsizlik və istehsal sahələri üzrə kompleks xidmətlər təqdim edərək layihələri ideyadan icraya qədər tam şəkildə həyata keçirir.

Üstünlüklərimiz

• Bütün fəaliyyət sahələri üzrə fərdi layihələndirmə və kompleks yanaşma
• Layihə öncəsi texniki məsləhət və optimal həllərin təklif edilməsi
• Tikinti, mühəndislik, avtomatika və istehsal sahələrinin bir şirkət daxilində birləşdirilməsi
• Beynəlxalq standartlara və normativlərə tam uyğunluq
• Keyfiyyətli materiallar və müasir texnologiyaların tətbiqi
• Peşəkar quraşdırma və zəmanətli texniki servis
• Layihələrin vaxtında və dəqiq icrası
• Dövlət və özəl sektor üçün etibarlı tərəfdaşlıq
• Satış sonrası dəstək və uzunmüddətli texniki servis

Nəyə görə biz?

19

İllik təcrübə

5000+

Uğurlu layihə

3

Beynəlxalq bazar

100%

Keyfiyyət və nəzarət

Partnyorlarımız